Övladını yanğından qurtarmaq istədi - ŞƏMKİRDƏ YANĞIN
12 mart 2022 23:33 (UTC +04:00)

Övladını yanğından qurtarmaq istədi - ŞƏMKİRDƏ YANĞIN

0

Şəmkirdə yanğın baş verib.

Lent.az-ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Kənd sakininə məxsus yaşayış evində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı ev sahibi 1983-cü il təvəllüdlü Pərviz Həsənov övladını yanğından çıxarmaq istəyərkən xəsarət alıb.

Həmin şəxs xəstəxanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir.

Yanğının baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2193

Oxşar yazılar