Ovçuluq Təsərrüfatındakı  yanğın söndürüldü   -YENİLƏNİB
21 avqust 2022 09:50 (UTC +04:00)

Ovçuluq Təsərrüfatındakı yanğın söndürüldü -YENİLƏNİB

0

Biləsuvar rayonu yaxınlığında Mahmudçala Ovçuluq Təsərrüfatına aid ərazidə 1,5 ha sahədə kol-kos və qamışlıq yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

***

20 avqust

Saat 23:31

Bu gün axşam saatlarında Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində sıx kolluq və qamışlıq sahədə yanğın hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, hazırda Şirvan Milli Parkının və Biləsuvar rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3033

Oxşar yazılar