Gədəbəydə dava zamanı 2 nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Düzrəsullu kəndində qeydə alınıb.
Kənd sakinləri 1984-cü il təvəllüdlü Bayramov Zahir və 1982-ci il təvəllüdlü Rzayev Ədil otlaq sahəsi üstündə 1971-ci il təvəllüdlü Əhmədov Qurbanla mübahisə ediblər.
Bu zaman sonuncu Z.Bayramova və Ə.Qurbanova dəmir parçası ilə xəsarət yetirib.
Zahir Bayramov döş qəfəsinin kəsilmiş deşilmiş yarası və Ədil Rzayev yuxarı və aşağı ətraflarının açıq yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisəni törədən Q.Əhmədov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu