Ötən il itən şəxsin meyiti kanaldan tapıldı - İNTİHAR EDİB  - YENİLƏNİB
06 fevral 2023 16:55 (UTC +04:00)

Ötən il itən şəxsin meyiti kanaldan tapıldı - İNTİHAR EDİB - YENİLƏNİB

Şirvanda kanaldan tapılan şəxsin kimliyi məlum olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, ötən il rayon sakini Rəşad Kərimovun itkin düşməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu gün səhər saatlarında R.Kərimovun meyiti Yuxarı Şirvan suvarma kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Meyitə ilkin baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib, onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

saat 14:58

Yuxarı Şirvan kanalının Yevlax şəhəri, Xanabad kəndindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.

Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən (batdığı yerdən təqribən 20 km aralıda) aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

# 2892
avatar

Fidan İlqar

Oxşar yazılar