Füzulidə ölümlə nəticələnən ağır yol qəzası ilə bağlı təfərrüatlar məlum olub.
Lent.az xəbər verir ki, qəzada dünyasını dəyişən hər iki şəxs, Araz Fazil oğlu Nazarov və sərnişini İlkin İmdadlı Azərbaycan Ordusunun zabitləri olub. Məlumata görə, A. Nəzərov kapitan, İlkin İmdadlı isə baş leytenant rütbəsini daşıyıblar.
Həmçinin A. Nəzərovun Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarovun qardaşı olduğu bildirilir. 38 yaşlı mərhum hərbçi ailəli olub, 2 övladı var. O, Vətən müharibəsi iştirakçısı idi, Qubadlının, Laçının və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.
O, doğulduğu Goranboy rayonu Qızılhacılı kəndində torpağa tapşırılacaq.
Araz Nəzərov
***
Saat: 09:44
Füzulidə ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə dekabrın 21-də səhər saatlarında Fizuli rayonu Fin şəhərciyi yaxınlığında baş verib.
38 yaşlı Araz Nəzərov idarə etdiyi “Mersedes” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini 33 yaşlı İlkin İmdadlı hadisə yerində ölüblər.
Faktla bağlı araşdırna aparılır.