Ordumuzun hərbi qulluqçusu dünyasını dəyişib.
Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 17-də səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlu yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!