Ordumuzun əsgərini ildırım vurdu - YENİLƏNİB
24 may 2023 10:13 (UTC +04:00)

Ordumuzun əsgərini ildırım vurdu - YENİLƏNİB

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə (ildırım vurması) nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumatda bildirilir ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

***
Saat: 09:10

Azərbaycan Ordusunun əsgəri faciəli şəkildə ölüb.

Yaxınlarının Lent.az-a verdiyi məlumata görə, hadisə Daşkəsəndə qeydə alınıb.

20 yaşlı hərbi qulluqçu Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib. 

Allah rəhmət eləsin! 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6619

Oxşar yazılar