Ölkədən qovulan miqrant pilotu döydü
27 yanvar 2023 17:04 (UTC +04:00)

Ölkədən qovulan miqrant pilotu döydü

Türkiyədən qovulan miqrant təyyarədə insident yaradıb.

Lent.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyədən çıxarılan tunisli vətəndaş təyyarədə pilota hücum edib. Bundan sonra pilot əlaqəyə çıxaraq, təcili eniş etməli olub.

Hava limanında tunisli miqrant saxlanılıb. Üzündən xəsarət alan pilot isə xəstəxanaya yerləşdirilib.

# 1632
avatar

Oxşar yazılar