Oğuzda qardaş-qardaşı qətlə yetirdi 
02 aprel 2022 20:45 (UTC +04:00)

Oğuzda qardaş-qardaşı qətlə yetirdi 

0

Oğuzda qardaş-qardaşı bıçaqlayaraq qətlə yetirib. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə axşam saatlarında Oğuz şəhər ərazisində baş verib.

Qardaşlar arasında mübahisə zamanı Namiq Qurban oğlu Şirinov 46 yaşlı qardaşı Aqil Şirinovu ürək nahiyəsindən bıçaqlayıb. Ağır vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olan Aqil Şirinovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan bir-neçə dəqiqə sonra ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon Şöbəsinə təhvil verilib. 

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2464

Oxşar yazılar