Oğuzda DƏHŞƏT:  sərnişin maşında yanaraq öldü - YENİLƏNİB
13 oktyabr 2025 10:21 (UTC +04:00)

Oğuzda DƏHŞƏT: sərnişin maşında yanaraq öldü - YENİLƏNİB

0

Oğuzda baş verən dəhşətli qəza ilə bağlı cinayət işi açılıb.

Lent.az xəbər verir ki, Əlizadə Nihad Namiq oğlu idarə etdiyi “BMW” markalı avtomobillə yaşadığı Oğuz rayonu Padar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobilin aşaraq yanması nəticəsində avtomobildə olan sərnişin, 2004-cü il təvəllüdlü Mirzəyev Rəvan Asaf oğlu hadisə yerində ölüb.

Faktla bağı Oğuz Rayon Polis Şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Mirzəyev Rəvan

***

saat 23:43

Oğuzda avtomobilin ağaca çırpılaraq yanması nəticəsində sərnişin yanaraq ölüb.

Lent.az xəbər verir ki, hadisə axşam saat 20 radələrində Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, BMW markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəzadan sonra avtomobildə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və Qəbələ rayonundan xilasedicilər cəlb olunub.

Avtomobildə baş verən yanğın söndürüldükdən sonra xilasedicilər tərəfindən maşında qalan sərnişin rayonun Padar kənd sakini 21 yaşlı Rəvan Ağasəf oğlu Mirzəyevin yanmış meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1331

Oxşar yazılar