Oğuzda AĞIR QƏZA: ölən və yaralanan var
29 iyul 2026 10:08 (UTC +04:00)

Oğuzda AĞIR QƏZA: ölən və yaralanan var

0

Oğuzda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Padar kəndində qeydə alınıb.

"Mercedes" və "VAZ-21099" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ"ın sürücüsü 39 yaşlı Əbdülrəhim Məmmədəliyev hadisə yerində ölüb, "Mercedes"in sərnişini 42 yaşlı Aynur Salahova isə xəsarət alıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar