Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının əksər ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq.
Lent.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, işlər yekunlaşdıqdan sonra suyun iyunun 20-dən əvvəlki rejimlə verilməsi bərpa olunacaq.