Neftçalada evi qarət etməyə gəlib məqsədinə çatmayan şəxs 3 nəfəri yaralayıb. O, səhər tezdən ev sahibinə və qonşulara həyəcanlı anlar yaşadıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 9-da saat 5 radələrində Xıllı qəsəbəsində yaşayan E.Sadıqovun evinə oğru girib.
Ev sahibi onu saxlamağa cəhd göstərərkən xəsarət alıb. Həmin şəxs E. Sadıqova köməyə gələn iki qonşunun da boyun və qol nahiyələrinə dəmir parçası ilə xəsarət yetirərək oradan qaçıb. Bu barədə Neftçala rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini Qalib Müqabilzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.