Oğurladığı heyvanları   borcu olan adama verdi -  FOTO
19 yanvar 2022 12:30 (UTC +04:00)

Oğurladığı heyvanları borcu olan adama verdi - FOTO

Lənkəran rayonu, Xanbulan kəndi ərazisindəki evlərdən birinin həyətindəki tövlədən 2 baş iribuynuzlu heyvanın oğurlandığı barədə rayon Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin heyvanları oğurlamaqda şübhəli bilinən Xanbulan kənd sakini, əvəllər məhkum olunmuş Əmrah Məmmədli saxlanılıb.

Araşdırmalarla onun Bürcəli kəndindəki daha bir fərdi evin həyətindən iribuynuzlu heyvanı oğurladığı məlum olub. Ə.Məmmədlinin oğurladığı 3 baş heyvanı öz mal-qarası kimi təqdim edərək borclu olduğu şəxsə pulun müqabilində verdiyi müəyyən edilib. Həmin heyvanlar aşkarlanaraq sahiblərinə qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338
avatar

Mehman Nəbiyev

Oxşar yazılar