Omsk vilayətinin İsılkul rayonunda 80 yaşlı atasını öldürməkdə şübhəli bilinən oğul saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, dəhşətli hadisə oğulun atası ilə mübahisəsi zəminində baş verib.
Kişi spirtli içki istəsə də, 54 yaşlı oğlu bundan imtina edib. Mübahisə başlayıb, nəticədə yaşlı kişi çəkiclə başından bir neçə zərbə alıb. Oğul izi itirmək niyyəti ilə atasını dəfn etmək qərarına gəlib.
“Atasının öldüyünü düşünən oğul onu adeyala bükərək bağçaya apararq basdırıb. Şübhəli sonra qohumlarına atasının öldüyünü və onu dəfn etdiyini xəbər verib. Narahat qohumları polis əməkdaşlarını çağırıblar”, - məlumatda vurğulanır.
Dəfn olunan pensiyaçını qohumları şəxsi evin yanında tapıblar. Müstəntiqlər hadisə yerində qan izi olan çəkic və dəmir dəyənək aşkar ediblər.
Məhkəmə-tibb ekspertizası zamanı müəyyən edilib ki, 80 yaşlı kişi başına vurulan zərbələrdən yox, orqanizmin ümumi soyuqdəyməsindən vəfat edib. Belə məlum olub ki, kişi oğlu basdıranda sağ imiş.