Mayın 9-da İrəvanda faciəli hadisə baş verib.
Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, aaat 14:50-də Şenqavit polis şöbəsinə L.Xaçikyan küçəsindəki evlərdən birinə çağırışla təcili yardım briqadasının getdiyi və orada yaralı vətəndaşı tapdığı barədə zəng daxil olub. Həmin şəxs sonra ölüb.
Polis və müstəntiqlər müəyyən ediblər ki, həmin gün saat 14:30-da 63 yaşlı Simon M. evində “Saiga” markalı karabinlə özünü güllələyib.
Məlumata görə, kişinin intihar etdiyi silah onun 22 yaşlı oğluna məxsusdur.