Novxanıda “Mercedes” yandı
18 avqust 2022 00:56 (UTC +04:00)

Novxanıda “Mercedes” yandı

Novxanıda “Mercedes” yanıb. 

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Novxanı kəndində 0,6 ha sahədə qamışlıq və yaxınlıqda ümumi sahəsi 25 m² olan taxta qarajın yanar konstruksiyaları və içərisində dayanmış “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

# 1839
avatar

Oxşar yazılar