Gəncədə mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.
Let.az-ın məlumatına görə, hadisə şəhərin "Köhnə Yevlax Avtovağzal" nın yaxınlığında yerləşən çörək sexlərinin birində qeydə alınıb.
1988-ci il təvəllüdlü Araz Xəlilov sol diz nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, A.Xəlilov çörək sexinə gələn müştəri tərəfindən bıçaqlanıb. Belə ki, müştəri bir neçə dəfə sexdə mübahisə edib. Bu gün səhər saatlarında müştəri çörək sexinə gələrək sexinin işçisi A. Xəlilovla növbəti dəfə mübahisə edib və onu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu