Cəlilabad rayonunda baş verən qəzada yaralıların adları məlum olub.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, onlar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan bildirdilər ki, yaralılar yaxın qohumlardır və rayonun Moranlı kənd sakinləridir. Bunlar:
1964-cü il təvəllüdlü Əbilov Ələddin Mirzəbala oğlu,
1969-cu il təvəllüdlü Əbilova Mənsurə Salman qızı,
2005-ci il təvəllüdlü Əbilova Güldanə Rafiq qızı,
2019-cu il təvəllüdlü Əbilova Ülviyyə Cavid qızı,
1990-cı il təvəllüdlü Əbilov Cavid Ələddin oğlu,
2015-ci il təvəllüdlü Əbilova Nazlı Cavid qızı və
2005-ci il təvəllüdlü Salayeva Bənövşə Rafiq qızıdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
23.56
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Mədətli kəndi ərazisində qeydə alınıb. VAZ-2121 (Niva) və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfərin yaralandığı bildirilir.
Əlavə məlumat veriləcək.