Bakıda qadının bank hesabından pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə sentyabrın 7-də Biləcəri qəsəbə sakini olan bir qadının bank hesabından 1110 manatının oğurlanması barədə müraciət daxil olub.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadının 14 yaşlı nəvəsi müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.