Nəvə 91 yaşlı nənəsini döyüb öldürdü
30 sentyabr 2024 13:43 (UTC +04:00)

Nəvə 91 yaşlı nənəsini döyüb öldürdü

Nijni Tagildə qadın yaşına görə köməksiz vəziyyətdə olan 91 yaşlı nənəsini mübahisə zəminində döyərək öldürüb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Sverdlovsk vilayəti prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

“Münaqişə zamanı təqsirləndirilən şəxs 91 yaşlı nənəni itələyərək onun yıxılmasına səbəb olub. Bundan sonra qadının başına və bədəninə ən azı 11 zərbə vurub, zərərçəkmişə qapalı travmatik beyin zədəsi şəklində baş, sinə və əzalarını, sağlamlığına ciddi ziyan vuran qabırğaların çoxsaylı sınıqları şəklində birləşmiş zədə alıb", - xəbərdə bildirilir.

Təqaüdçü xəstəxanaya aparılıb və orada aldığı xəsarətlərdən ölüb.

Nijni Tagil sakini Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin dördüncü hissəsi ilə qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunur.

Təqsirləndirilən şəxsi 15 ilə qədər həbs gözləyir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840
avatar

Oxşar yazılar