Nənə və nəvə qazdan zəhərləndi
25 fevral 2021 07:39 (UTC +04:00)

Nənə və nəvə qazdan zəhərləndi

Goranboy rayonunda iki nəfər dəm qazından zəhərlənib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Balakürd kəndində baş verib.

1958-ci il təvəllüdlü kənd sakini Kazımova Nailə Süleyman qızı və onun 2013-cü il təvəllüdlü nəvəsi Hüseynova Mələk Hüseyn qızı yaşadıqları evdə dəm qazından zəhərlənib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, zəhərlənməyə evdə düzgün quraşdırılmamış qaz sobası səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206
avatar

Oxşar yazılar