Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir idarə rəisini vəzifəsindən azad edib.
Lent.az-ın məlumatına görə, Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev vəzifəsindən kənarlaşdırılıb. Onun xidmət zamanı verdiyi nöqsanlara görə işdən azad olunduğu bildirilir.
Fakt DİN mtəbuat xidmətindən Lent.az-a təsdiqlənib.
Qeyd edək ki, C.Vəliyev prezidentin keçmiş köməkçisi Əli Həsənovun qaynıdır.