Naxçıvanda toydan qayıdanlar qəzaya düşdü:  5 ölü   - YENİLƏNİB
26 iyun 2023 04:49 (UTC +04:00)

Naxçıvanda toydan qayıdanlar qəzaya düşdü: 5 ölü - YENİLƏNİB

0

Naxçıvanda baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Kəngərli rayonunda baş verən hadisə zamanı 5 nəfər ölüb.

Qəzada yaralı olan beş nədərin vəziyyəti də ağır qiymətləndirilir.

Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.

***

Saat 01:54

Bu gün gecə saatlarında Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib.

Belə ki, 71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində biri uşaq olmaqla, 4 nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4216

Oxşar yazılar