Naxçıvanda  tələbə bacılar   qazdan zəhərləndi
27 mart 2023 16:12 (UTC +04:00)

Naxçıvanda tələbə bacılar qazdan zəhərləndi

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

Naxçıvan Dövlət Universitetinin tələbələri, Tovuz rayon sakinləri 23 yaşlı Xədicə Abdulova və onun 22 yaşlı bacısı Nailə Abdulova evdə dəm qazının sızmasından zəhərləniblər.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1167
avatar

Oxşar yazılar