Naxçıvanda ödəmə terminalı qarət olundu
08 may 2023 12:10 (UTC +04:00)

Naxçıvanda ödəmə terminalı qarət olundu

Naxçıvanda mağazada oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Şərur rayonunun Vərməziyar kəndi ərazisindəki mağazaların birində quraşdırılan kameranın yaddaş blokunun və oradakı ödəmə terminalının kassasından 795 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

Şərur rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən kənd sakini Teymur Mənsimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356
avatar

Oxşar yazılar