Kanaldan meyit tapılması faktı ilə bağlı araşdırmalara başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, oktyabrın 14-də Şərur rayonunun Yengicə kənd sakini 55 yaşlı Eldar Mirzəyevin meyitinin yaşadığı kəndin ərazisindən keçən su kanalından tapılması faktı ilə bağlı Şərur rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
***
15 oktyabr 09:32
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çomaxtur kəndində su kanalında müşahidə olunan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
FHN-dən Lent.az-a verilən xəbərə görə, nazirliyin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.