Naxçıvanda hərbçimiz minaya düşdü
20 dekabr 2024 17:39 (UTC +04:00)

Naxçıvanda hərbçimiz minaya düşdü

Dekabrın 20-də saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

Onun həyatı üçün təhlükə yoxdur.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2612

Oxşar yazılar