Naxçıvanda dumanlı havada kişini vurub öldürdü
07 dekabr 2024 12:19 (UTC +04:00)

Naxçıvanda dumanlı havada kişini vurub öldürdü

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-a istinadən xəbər verir ki, hadisə bu gün şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Belə ki, 67-BL-794 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil dumanlı havada yolu keçən Naxçıvan şəhər sakini, 1961-ci İsmayılov Abbas Novruz oğlunu vurub.

Xəsarət alan Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587
avatar

Oxşar yazılar