Naxçıvanda 4 nəfərin ölümünə səbəb olan arxitekturun işi məhkəmədə
05 iyun 2023 18:12 (UTC +04:00)

Naxçıvanda 4 nəfərin ölümünə səbəb olan arxitekturun işi məhkəmədə

Naxçıvanda məktəb binasının çökməsi ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Xəbər verildiyi kimi, Babək rayon Nehrəm kənd 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri zamanı binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfər şəxsin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Naxçıvan Muxtar Respublikası prokurorluğundan Lent.az-a verilən məlumata görə, ibtidai istintaqla qeyd olunan hadisənin Naxçıvan Muxtar Respublikası Dövlət şəhərsalma və arxitektura komitəsinin Babək rayon İdarəsində iş icraçısı, 1963-cü il təvəllüdlü Bahadur Novruzovun texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Bahadur Novruzova Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

# 1212
avatar

Oxşar yazılar