Ordubadda yeniyetmə qızı avtomobil vuraraq öldürüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə dünən gecə rayonun Aza kəndi ərazisində baş verib. "Hyundai" markalı avtomobil yolu keçən kənd sakini 16 yaşlı Fatimə Seyidzadəni vurub.
Xəsarət alan yeniyetmə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.