Naxçıvan prokurorluğunda YENİ TƏYİNATLAR
03 mart 2023 11:22 (UTC +04:00)

Naxçıvan prokurorluğunda YENİ TƏYİNATLAR

0

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən qurumun Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Əkbər Rzayev tutduğu vəzifədən azad olunaraq qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Digər əmrlə Valeh Qasımov qurumun İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsinə təyin olunub.

Valeh Qasımov bu təyinata qədər Muxtar Respublikanın Hərbi prokurorluğunun İstintaq şöbəsinin prokuror-kriminalisti vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2156

Oxşar yazılar