Naxçıvan gömrüyündə KORRUPSİYA:  cinayət işi açıldı
06 noyabr 2023 16:37 (UTC +04:00)

Naxçıvan gömrüyündə KORRUPSİYA: cinayət işi açıldı

Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər ifşa edilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Lent.az-a verilən məlumata görə, "Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı  Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş material əsasında Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla bir qrup gömrük əməkdaşının 25 adda dərman vasitələrinin dövlət qeydiyyatına alınmadan, nəzarətsiz ölkə ərazisinə keçirilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3762

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15