Narkotikin təsiri altında olan sürücü həbs edildi
12 fevral 2023 09:35 (UTC +04:00)

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Masallı şəhəri ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini İbrahim Əlizadə narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, İ.Əlizadənin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.Sözügedən inzibati xətanı il ərzində təkrar  törətdiyi üçün məhkəmənin qərarı ilə İ.Əlizadə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 8 gün müddətində inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737
avatar

Oxşar yazılar