Narkotikə görə saxlanılan şəxsin evi qarət olunub? - Polisdən CAVAB
14 fevral 2023 12:20 (UTC +04:00)

Narkotikə görə saxlanılan şəxsin evi qarət olunub? - Polisdən CAVAB

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək barəsində cinayət işi açılan Ucar sakininin evindən oğurluq olması barədə iddialar səsləndirilib.

Lent.az xəbər verir ki, bu barədə iddialar internet kanallarının birində yayılıb. Bildirilib ki, narkotikə görə mühakimə olunan Ucar rayon sakini E.Qaraşovun işi düzgün araşdırılmır, eləcə həmin vətəndaşın evindən oğurluq edilib.

Lent.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, internet kanallarının birində Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə mühakimə olunan Ucar rayon sakini E.Qaraşovun işinin düzgün araşdırılmaması, eləcə həmin vətəndaşa məxsus evdən oğurluq edilməsi ilə bağlı əsassız məlumatlar paylaşılıb:

“Ötən ilin avqust ayının 13-də Ucar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini R.İsmayılov saxlanılıb. 

Onun üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə psixotrop maddə metamfetamin və marixuana aşkar edilərək götürülüb. Həmin şəxs izahatında narkotik vasitələri tanışı Elnur adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini E.Qaraşov da saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərindən isə iki büküm psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, müvafiq araşdırmalar aparılıb və cinayət işi ittiham aktı ilə birlikdə rayon məhkəməsinə göndərilib.

Materialda polis əməkdaşları barədə səsləndirilən məlumatlar əsassızdır və böhtan xarakterlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15