Narkotik çəkib   maşınları əzən sürücü tutuldu
03 dekabr 2021 18:57 (UTC +04:00)

Narkotik çəkib maşınları əzən sürücü tutuldu

Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, dekabrın 1-də saat 21 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Xanmirzəyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə “Mercedes” markalı 2 avtomobili vurub qaçmaq istəyərkən 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

# 1983
avatar

Mehman Nəbiyev

Oxşar yazılar