Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi, Narkotiklərlə Mübarizə və 8-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Həsən Abdullayev tutularaq istintaqa təqdim edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, üzərində şəxsi axtarış aparılan zaman ondan ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, psixotrop maddə metamfetamin və metadon həbləri aşkar edilərək götürülüb.
O, ifadəsində narkotik maddələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Səbail Rayon Polis İdarəsində saxlanılan şəxsin ətrafında narkotik maddələrin mənbəyinin aşkar edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Səbail rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.