Saratovda narkotiklərlə mübarizə şöbəsinin 4 əməkdaşı şübhəli şəxsə bədən xəsarəti yetirdiyinə görə saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, polislərə qarşı Cinayət Məcəlləsinin 286-cı (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsinin 3-cü hissəsinin “a”, “b” bəndləri ilə cinayət işi başlanıb.
İstintaqın məlumatına görə, fevralın 22-dən 24-dək təqsirləndirilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxsə qarşı fiziki zorakılığı silahdan istifadə etməklə həyata keçiriblər.