Bakıda evlər qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda Nardaran qəsəbəsində 2 evdən kombi aparatı, 3700 manat dəyərində məişət əşyaları və tikinti materialları oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Həsən Bünyətov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.