Bakıda gənc oğlan dənizdə batıb.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsindəki çimərlikdə baş verib. 26 yaşlı Əliyev Rəşad Eldəniz oğlu dənizdə çimərkən boğularaq dünyasını dəyişib.
Onun meyiti axtarışlar nəticəsində tapılaraq təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.