Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü İsmayılov Nihat Elman oğlu naməlum şəxsin hücumuna məruz qalıb. O, qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.