Naftalanda qazi özünü niyə yandırıb? – TƏFƏRRÜATLAR Lent.az-da  -YENİLƏNİB
20 iyun 2023 16:22 (UTC +04:00)

Naftalanda qazi özünü niyə yandırıb? – TƏFƏRRÜATLAR Lent.az-da -YENİLƏNİB

Naftalanda özünü yandıran qazi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Vətən müharibəsi qazisi 1993-cü il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhərinin yaxınlığındakı Qasımbəyli kəndində yaşayır.

Məlumatda bildirilir ki, Tağıyev İlkin Həmid oğlu şəhərin Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavininin qəbulunda olub. Qəbul zamanı qazi şəhər İcra Hakimiyyəti tərəfindən ona göstərilən diqqət və qayğını vurğulayıb, daha sonra o, mənzillə və həyat yoldaşının işlə təmin olunmasını istəyib. Bununla bağlı qaziyə bildirilib ki, cari il ərzində mənzillə təmin olunacaq, həmçinin yoldaşı Lamiyə Tağıyevanın iyul ayı ərzində işlə təmin olunması nəzərdə tutulub.

Qeyd edək ki, qazi Şəhər İcra Hakimiyyəti tərəfindən 10.01.2022-ci il tarixdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. Həmçinin qazinin anası Tağıyeva Pərvanə özünüməşğulluq proqramı çərçivəsində 09.08.2021-ci il tarixdə Dövlət Məşğulluq Agentliyi tərəfindən “Maldarlıq” zərfi üzrə aktivlərlə təmin edilib.

İlkin Tağıyevə 20.09.2021-ci il tarixdən müddətsiz II dərəcəli əlillik dərəcəsi təyin edilib. Bununla bağlı İlkin Tağıyevə aylıq 400 AZN məbləğində müharibə əlili olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü, 960 AZN məbləğində əmək pensiyası olmaqla ümumilikdə aylıq 1360,90 AZN ödənilir. Bundan əlavə Müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi o, birdəfəlik sığorta ödənişi (8800 AZN) ilə təmin edilib.

2021-ci ildən hal-hazıradək “Yaşat” Fondu tərəfindən ümumilikdə 50768,22 AZN məbləğində Türkiyədə və ölkəmizdə müalicə xərcləri qarşılanmış və dərman vasitələrinin alınmasına yardım göstərilib. Həmçinin şəhər İcra Hakimiyyəti tərəfindən qazinin ailəsinə 2020-ci ildən bu günədək 11640 AZN məbləğində yardım edilib.

Vətəndaşın şəhər İcra Hakimiyyətinə müraciəti əsasında şəhər bələdiyyəsi ona sahibkarlıq məqsədi ilə 50 m2  torpaq sahəsinin ayrılması ilə bağlı mərkəzi icra hakimiyyəti orqanına müraciət edib.

 Naftalan ŞİH-nin müraciəti əsasında qazi və onun qardaşı Tağıyev Elvin Naftalanda fəaliyyət göstərən Hotel və müalicə mərkəzində işlə təmin olunub.

 Qazi və onun ailəsi daim Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən diqqət mərkəzində saxlanılıb və mütəmadi olaraq müvafiq köməkliklər göstərilib.

Qazinin əl nahiyəsinin yandığı qeyd edilir. Onu müalicə üçün dərhal Bakıya göndəriblər.

 

 

***

16:10

 

 

Prokurorluq Naftalanda özünü yandıran qazi ilə bağlı açıqlama yayıb. 

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, iyunun 20-də Vətən müharibəsi iştirakçısı 1993-cu il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

***

saat 14:51

Naftalanda qazi özünü yandırıb.

Lent.az-ın musavat.com -a istinadən verdiyi məlumata görə, Naftalanda özünü yandıran qazinin adı İlkindir.

Məlumatda qeyd edilir ki, hadisə az müddət öncə etiraz səbəbindən rayon icra hakimiyyətinin qarşısında baş verib. Lakin etirazın motivi haqda əlavə məlumat verilmir.

Bildirilir ki, qazinin vəziyyəti ağırdır və o, Bakıya gətirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6831
avatar

Oxşar yazılar