Arif Hacılı, Müsavat Partiyasının başqanı
18 fevral 2021 11:51 (UTC +04:00)

Arif Hacılı, Müsavat Partiyasının başqanı

Müsavat başqanı maskaya görə cərimələndi - Nazirlikdən AÇIQLAMA

0

Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyasının başqanı Arif Hacılının polisə çağırılması barədə məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Arif Hacılı polis orqanlarına dəvət edilməyib: "Arif Hacılı xüsusi karantin rejimi qaydalarını pozduğu üçün onun barəsində Yasamal rayon Polis İdarəsində protokol tərtib edilib. Həmin protokol onun yaşadığı ünvana göndəriləcək”.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkə hesabında polisə dəvət olunduğunu yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1906

Oxşar yazılar