Azərbaycanda daha bir nəfər minaya düşüb.
Cəbrayıl rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini 57 yaşlı Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonu, Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.