Bakıda məktəbin gözətçisini öldürüb sonra doğrayan direktor müavininin məhkəmə baxışı baş tutmayıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 245-ci (meyit üzərində təhqiredici hərəkət) və 309-cu (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə baxış iclası təxirə salınıb.
Prosesə sədrlik edən hakim Elmin Rüstəmov təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki onun vəkili məhkəməyə gəlməyib.
Bu səbəbdən məhkəmə iclası qeyri-müəyyən vaxta təxirə salınıb.
İttiham aktına əsasən, bu il mayın 9-da Xətai rayon 55№i orta məktəbdə gözətçi işləyən Natiq Mehdinin itkin düşməsi barədə polis idarəsinə məlumat daxil olub.
Polis və prokurorluq əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki həmin axşam məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini Elsevər İslamov Natiq Mehdiyə iş yerində yatmağını irad bildirib.
Bu zəmində aralarında yaranan mübahisə zamanı çoxsaylı yumruq və təpik zərbələri ilə Elsevər Natiqi öldürüb, sonra cinayətin izinin gizlətməkdən ötrü onun bədənini, əllərini və ayaqlarını kəsici alətlə hissələ, o cümlədən cinsiyyət orqanını kəsərək polietilen torbalara yığıb. Sonra avtomobillə Xəzər rayonu ərazisinə apararaq, orda basdırıb. Şübhəli şəxs qismində saxlanıldıqdan sonra, onun göstərdiyi yerdən mərhumun meyiti çıxarılaraq, pataloji anatomiya şöbəsinə göndərilib. Bununla bağlı mayın 14-də Baş Prokurorluq və DİN birgə məlumat yayıb.