Müğənni Safuranın atası  AZADLIQDA
22 dekabr 2021 18:26 (UTC +04:00)

Müğənni Safuranın atası AZADLIQDA

Xarici İşlər Nazirliyinin İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin sabiq vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda son olaraq təqsirləndirilən Səlim Əlizadə son söz deyib.

Daha sonra prosesdə hökm elan olunub.

Hökmə əsasən, Fərhad Mollazadə və Səlim Əlizadəyə hər biri 6 il həbs cəzasına məhkum ediliblər. Lakin onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumluq) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Fərhad Mollazadə, Səlim Əlizadə

Hökmdə qeyd olunub ki, dəymiş maddi ziyanın ödənilməmiş hissəsi - 167 min manat Səlim Əlizadədən alınaraq Xarici İşlər Nazirliyinə ödənilməlidir.

Qeyd edək ki, təqsirləndirilən şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti saxlayıb.

Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Həmin şəxslər barəsində Səbail rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Qeyd edək ki, Səlim Əlizadə müğənni Safura Əlizadənin atasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2445
avatar

Oxşar yazılar