Moskvada 9-cu sinif şagirdi müəllimlə münaqişədən sonra intihar edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, məktəblinin meyiti Ramenskoyedə yaşadığı mənzildə tapılıb. Sinif yoldaşlarının sözlərinə görə, bir gün əvvəl yeniyetmə müəllimlə mübahisə edib.
Həmçinin gimnaziyanın şagirdləri şagirdin beşinci sinifdən müəllimlərlə münasibətlərinin gərgin olduğunu bildiriblər. Eyni zamanda mərhumun yaxınları bildiriblər ki, o, müəllimlərlə münaqişələrdən şikayət etməyib, intihardan danışmayıb.
İlkin məlumata görə, oğlan naməlum maddədən zəhərlənərək ölüb. Hazırda polis və İstintaq Komitəsinin əməkdaşları tərəfindən istintaq aparılır.