Kişi  müəllimi qaçırıb   evləndirdilər
06 dekabr 2023 19:41 (UTC +04:00)

Kişi müəllimi qaçırıb evləndirdilər

Hindistanda bir məktəb müəllimi onu zorla evləndirmək üçün qaçırılıb.
 
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Qautam Kumar müəllim olmaq üçün Bihar Dövlət Xidməti Komissiyası imtahanından keçib. Lakin bu yaxınlarda onun məktəbinə üç-dörd nəfər gəlib və onu Bihar ştatının Vayşali rayonuna zorla aparıblar.

24 saat ərzində o, silah gücü ilə qaçıranlardan birinin qızı ilə evlənməyə məcbur edilib. Daha sonra polis itkin düşən müəllimin axtarışı üçün əməliyyata başlamazdan əvvəl kişinin yaxınları etiraz edib və yolu bağlayıblar.


 
Kumarın ailəsi Raceş Ray adlı şəxsi günahlandırıb. Onlar onun qohumlarını Kumarı zorla aparıb Rayanın qızı Çandni ilə evləndirməkdə günahlandırıb.

Hüquq-mühafizə orqanları adam oğurluğu ilə məşğul olan şəxslərə qarşı əlavə tədbirlərin görülməsi üçün araşdırmalara başlayıb. Müəllim nikahın məhkəmə də ləğv ediləcəyinə ümid edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5457
avatar

Oxşar yazılar