Samuxda fermadan oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini ona məxsus 28 baş xırda buynuzlu heyvanın naməlum şəraitdə oğurlandığını bildirib.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şükür Hüseynov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs fermerin iş rejimindən narazı oldğu üçün 28 baş xırda buynuzlu heyvanı oğurlayaraq Goranboy rayonuna aparması və satmasını etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Şükür Hüseynov