Müdafiə Nazirliyinin 4 hərbçisi barədə 10 milyon manatlıq İTTİHAM
13 fevral 2022 16:58 (UTC +04:00)

Müdafiə Nazirliyinin 4 hərbçisi barədə 10 milyon manatlıq İTTİHAM

0

Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, Sərkərov adına hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti  Əlizadə Vüsal Ədalət oğlu barəsində istintaq orqanının təqdimatına baxılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4555

Oxşar yazılar